QR CodeQR Code

"Səudiyyə Ərəbistanı İsrail üçün olduqca önəmlidir..."

إسلام تايمز , 14 Mar 2021 23:20

İslamTimes: İşğal edilmiş əraziləridə nəşr edilən "Jerusalem Post" qəzeti son hesabatında yazıb ki, Co Bayden hökuməti Məhəmməd bin Salmana təzyiq göstərib, onu sıxmamalıdır.


"Jerusalem Post" yazıb ki, Netanyahunun yaxın zamanlarda Əbu-Dabiyə planlanan səfəri zamanı Məhəmməd bin Salman sionist baş nazirlə görüşməyə hazırdır. Netanyahu və komandası da Əbu-Dabidə bin Salmanla görüşmək üçün Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır.

Riyaz və Tel-Əviv arasındakı münasibətlərdəki dəyişiklik təkcə ötən ilin noyabrında Neum şəhərində Netanyahu ilə Bin Salman arasındakı görüşə görə deyil. Məntəqədə cərəyan edən hadisələr iki tərəfi əlaqələr yaratmağa sövq edib.

Nəşriyyə yazıb ki, İranın Yəməndəki Husiləri himayə etməsi və son 10 ildə Ərəbistanda baş verən dəyişikliklər sionist rejimlə Səudiyyə Ərəbistanının bir-biri ilə əlaqələri bərpa etmək fikrinə düşməsinə səbəb olub.

"Jerusalem Post" Ali-Səud rejimi ilə İsrail arasındakı əlaqələri sionist rejim üçün olduqca mühüm rabitə kimi qeyd edib və bu səbəbdən ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına təzyiqlərə son verməli olduğunu vurğulayıb.


Story Code: 921535

News Link :
https://www.islamtimes.org/az/news/921535/səudiyyə-ərəbistanı-israil-üçün-olduqca-önəmlidir

Islam Times
  https://www.islamtimes.org