0
Sunday 14 March 2021 - 23:40

Amerikalı Respublikaçı senatorlar da vaksindən imtina edir?

Story Code : 921537
Amerikalı Respublikaçı senatorlar da vaksindən imtina edir?
"Daily Mail" informasiya agentliyinin verdiyi məlumata görə "PBS NewsHour/ NPR/ Marist" tərəfindən təşkil edilən bir sorğudan sonra məlum olub ki, Respublikaçılar Partiyasından olan amerikalı kişilərin 49 faizi Covid-19 vaksininə güvənmir və onlar vaksin olunmaqdan imtina edəcəklər. Amma Demokrat partiyasından olan kişilərin yalnız 6 faizi vaksin olunmaq fikrində olmadıqlarını bildiriblər. Respublikaçı qadınlarınsa 34 faizi vaksindən imtina edəcək. Bu fikirdə olan Demokrat Partiyası tərəfdarı qadınların sayı 14 faiz təşkil edir.

Sorğuda iştirak edənlərdən yeni prezident Co Baydenin Covid-19 pandemiyasına qarşı tədbirlərindən razı olub-olmadıqları soruşulub. 62 faiz Baydenin fəaliyyətindən razı olduğunu, 30 faiz isə görülən işlərin onları qane etmədiyini bildirib.

Qeyd edək ki, müxtəlif ölkələrdə istehsal olunan vaksinlər arasında hələ ki, Amerika istehsalı olan Moderna, Pfizer vaksininin daha çox mənfi təsirlərə və ölüm hallarına səbəb olduğu müşahidə edilib. Bəlkə də elə bu səbəbdən Amerika xalqı vaksin olunmaqla bağlı qərarsızdır.