QR CodeQR Code

İran Covid-19 virusuna qarşı “Fəxra” adlı yeni peyvəndi ərsəyə gətirdiyini bildirib

16 Mar 2021 12:19

İslamTimes: İranda bir neçə ay öncə terrora məruz qalan nüvə alimi Möhsen Fəxrizadənin başçılıq etdiyi qrupun, üzərində işlədiyi koronavirusa qarşı vaksin artıq tam olaraq ərsəyə gətirilib.


SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın müdafiə naziri Əmir Hatəmi “Fəxra” vaksininin nümayiş etdirilməsi mərasimində məlumat verib.

O bildirib ki, Mohsen Fəxrizadənin başçılıq etdiyi qrupun üzərində işlədiyi vaksin artıq insanlar üzərində test edilmək mərhələsinə çatıb. Bu gün vaksin şəhid Fəxrizadənin övladlarından birinə tətbiq ediləcək.

İranın Səhiyyə nazirinin müavini bu mərasimdə çıxışı zamanı bildirib ki, vaksin 650 heyvan üzərində test edilib və müvəffəqiyyətli nəticələr hasil olub. Əlavə edilib ki, vaksinin insan üzərində testlərinə start verilib.

Bu vaksinin yaz aylarında kütləvi istehsalına başlanılacağı qeyd edilib.

Qeyd edək ki, “Fəxra” İranda koronavirusa qarşı ərsəyə gətirilən ikinci yerli peyvənddir.


Story Code: 921812

News Link :
https://www.islamtimes.org/az/news/921812/iran-covid-19-virusuna-qarşı-fəxra-adlı-yeni-peyvəndi-ərsəyə-gətirdiyini-bildirib

Islam Times
  https://www.islamtimes.org