0
Tuesday 16 March 2021 - 14:50

General Makkenzi: “Bayden administrasiyası İrana qarşı maksimum təzyiq siyasətini qiymətləndirir”

Story Code : 921855
General Makkenzi: “Bayden administrasiyası İrana qarşı maksimum təzyiq siyasətini qiymətləndirir”

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, general Makkenzi Livan televiziya kanalına verdiyi müsahibəsində, Livan ordusunun qabiliyyətlərindən xəbərdar olduğunu və bunlardan təəccübləndiyini söyləyərək, belə danışıb: “Livan ordusuna müxtəlif yollarla dəstək verməyə davam edəcəyik və Livanın bölgədə əhəmiyyətli tərəfdaş olduğunu və bu əlaqənin bizim üçün çox vacib olduğunu başa düşürük”.
 
Yəmənin Ənsarullah hərəkatının raket və pilotsuz təyyarələrinin işğalçı Səudiyyə rejiminin koalisiyasına qarşı raket və PUA əməliyyatlarının düşmənçilik olduğunu və ABŞ qüvvələrinə İraqdakı hücumun da düşmən bir hərəkət olduğunu deyən general Makkenzi, bunların sülhə nail olmaq üçün edilən səylərə kömək etmədiyini iddia edib.
 
“Bir neçə gündən sonra Səudiyyə rejiminin təcavüzkar koalisiyasının Yəmənə qarşı hücumlarının və mühasirəsinin başlamasının yeddinci ildönümü başlayacaq və bu illər ərzində on minlərlə yəmənli öldürüldü və saysız-hesabsız Yəmən infrastrukturu məhv edildi”, - deyə o, bildirib.
 
Amerikalı general müsahibədə İranın Qüds Qüvvələrinin komandiri şəhid general-leytenant Qasım Süleymaniyə edilən sui-qəsdin qisasını almaq üçün İranın öhdəliyinə də toxunub: “ABŞ Silahlı Qüvvələri hər cür hadisəyə hazırdır və lazım gələrsə cavab verməyə hazırıq.
 
ABŞ son iki ildə İrana qarşı maksimum təzyiq siyasəti yürüdür və Bayden rəhbərliyi hazırda bu yanaşmanın mahiyyətini qiymətləndirməyə çalışır və bu yanaşmanın davam etdiriləcəyini və ya başqa şəkilə dəyişdiriləcəyini bilmirik”.
 
Source : Deyerler
Tagged
abş
Comment