0
Wednesday 17 March 2021 - 00:35

Nigeriya xalqı Şeyx Zəkzəkinin azadlığa buraxılması tələbi ilə küçələrə çıxdı

Story Code : 921941
Nigeriya xalqı Şeyx Zəkzəkinin azadlığa buraxılması tələbi ilə küçələrə çıxdı
Deyerler.org İslamicMovement saytına istinadən xəbər verir ki, etirazçılar qanunsuz olaraq həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lider Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün Abucada toplaşıblar.

Yürüş mitinqi Federal Katiblik və İnsan Haqları Komissiyasının binasının qarşısında başa çatıb.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar. /Deyerler/