QR CodeQR Code

Bu gün Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək

17 Mar 2021 08:41

İslamTimes: Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.


APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq.

Qeyd edək ki, indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında 1000-dək müraciətə baxılıb. Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra Azərbaycan Prezidentinə təqdim edəcək.

Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanması gözlənilir.  

 


Story Code: 921974

News Link :
https://www.islamtimes.org/az/news/921974/bu-gün-əfv-məsələləri-komissiyasının-sonuncu-iclası-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org