0
Wednesday 17 March 2021 - 10:00

ABŞ-dan SOS: Çin və İran bu yolla Amerikada güclənir

Story Code : 921983
ABŞ-dan SOS: Çin və İran bu yolla Amerikada güclənir
Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri admiral Kreyq Foller bildirib.

"Bölgəmizdə qarşılaşdığımız qlobal təhdidlərlə bağlı heç vaxt bu qədər təcili hərəkət etməli olduğumuzu hiss etməmişdim. Çin son zamanlarda ABŞ-ın cənubundakı ölkələrlə kredit, informasiya mövzularında 44 müqavilə imzalayıb. Çinin bu bölgədə lider olmasına icazə verə bilmərik", - Foller vurğulayıb.

Nikolas Maduronun Kuba, Rusiya, İran və Çinin dəstəyi ilə ayaqda qalmağa davam etdiyini bildirən Foller bu qüvvələrə qarşı yeganə yolun bölgədəki ölkələrlə ittifaqı gücləndirmək olduğunu qeyd edib.

Foller İranın da bölgədə təsirini hiss etdirdiyini söyləyib:

"Xüsusilə, son vaxtlar Venesuelada İranın fəaliyyətinin artdığını müşahidə edirik. İran eyni zamanda, Paraqvay, Argentina və Braziliyada diaspor və iqtisadi sahələrdə fəaliyyətini gücləndirib".