QR CodeQR Code

Qantz Netanyahunu "zibil" kimi xarakterizə etdi

17 Mar 2021 20:14

İslamTimes: İsraili Kanal 7 şəbəkəsi sionist rejimin müdafiə naziri Beni Qantzın İsrail Baş naziri Benyamin Netanyahunu "zibil" olaraq xarakterizə etdiyini və Netanyahunu məsuliyyətsiz adlandırdığını bildirib.


Beni Qantz İordaniyanın Netanyahunun ötən cümə axşamı BƏƏ-yə səfərinə maneçilik törətməsindən sonra Netanyahunun İsrail Nəqliyyat Nazirliyinə sionist rejimlə İordaniya arasındakı hava sahəsini bağlamağı əmr etməsi qərarına münasibət bildirib. Netanyahunun Təhlükəsizlik Orqanı rəsmilərinə məlumat vermədən, onlarla məsləhətləşmədən belə bir addım atmasına qəzəblənən Qantz deyib: "İsrail baş nazirinin hərəkətləri və davranışı məsuliyyətsizlikdir!"

Qantz əlavə edib: "Netanyahu İsrail-İordaniya münasibətlərini təhlükəyə atdı, İsrail kəşfiyyat səlahiyyətliləri ilə məsləhətləşmədən İsrailin hava sahəsini İordaniyaya bağlayaraq özbaşına və faciəli bir qərar verdi..."


Story Code: 922077

News Link :
https://www.islamtimes.org/az/news/922077/qantz-netanyahunu-zibil-kimi-xarakterizə-etdi

Islam Times
  https://www.islamtimes.org