QR CodeQR Code

ABŞ İranla məhbus mübadiləsini müzakirə etməyə hazır olduğunu bildirib

18 Mar 2021 10:03

İslamTimes: “AĞ Ev İran hakimiyyəti ilə ABŞ-da həbsdə olan iranlıların islam respublikasında mühakimə olunan amerikalılarla mübadiləsini müzakirə etməyə hazırdır”.


APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Jalina Porter brifinqdə deyib.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin yenidən məhbus mübadiləsi təklifini şərh edən J.Porter bildirib ki, ABŞ hər zaman İranla konstruktiv əməkdaşlığa hazırdı: “İran rəsmilərini danışıqlar masasında bizə qoşulmağa dəvət edirik. Bu, İranla müzakirə etmək istədiyimiz bir çox məsələdən yalnız biridir və bunun üçün açığıq”.


Story Code: 922163

News Link :
https://www.islamtimes.org/az/news/922163/abş-iranla-məhbus-mübadiləsini-müzakirə-etməyə-hazır-olduğunu-bildirib

Islam Times
  https://www.islamtimes.org