QR CodeQR Code

Bu gün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

18 Mar 2021 11:35

İslamTimes: Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, yaxın vaxtlarda ABŞ Rusiya ilə bağlı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu elan edəcək.


Teleqraf.com xəbər verir ki, Ağ Ev rəsmisi Rusiyanın hərəkətlərinə görə cavab verəcəyini qeyd edib.

ABŞ prezidenti Cozef Baydenin sözlərinə görə, Rusiya 2020-ci ildə Birləşmiş Ştatlarda keçirilmiş prezident seçkilərinə müdaxiləyə görə cavab verməlidir.

Bununla belə, Bayden qeyd edib ki, gələcəkdə "iki işi eyni zamanda etmək", həmçinin ölkələrin ümumi maraqlarının olduğu sahələr üzrə əməkdaşlıq etmək olar.

Daha əvvəl Ağ Ev Rusiya ila münasibətlərdə "düzxətli" kurs elan edib. Bundan başqa, Birləşmiş Ştatlar Rusiyanın adını silah idxalı və ya ixracının qadağan olunduğu ölkələrin siyahısına daxil edəcək.

Yeni məhdudlaşdırıcı tədbirlər bu gün qüvvəyə minir.


Story Code: 922172

News Link :
https://www.islamtimes.org/az/news/922172/bu-gün-abş-rusiyaya-qarşı-yeni-sanksiyalar-tətbiq-edəcək

Islam Times
  https://www.islamtimes.org