QR CodeQR Code

Türkiyənin Krıma dair mövqeyinin qəbuledilməz olduğu açıqlandı

18 Mar 2021 14:44

İslamTimes: Georgi Muradov Türkiyənin yarımadanın Rusiyaya aid olmasını qəbul etməkdən imtinasını yolverilməz mövqe adlandırıb.


İslamTimes: Krımın Rusiya Federasiyası prezidenti yanındakı daimi nümayəndəsi, respublika hökumətinin baş nazir müavini Georgi Muradov Türkiyənin yarımadanın Rusiyaya aid olmasını qəbul etməkdən imtinasını yolverilməz mövqe adlandırıb.
Xatırladaq ki, Türkiyə dəfələrlə bəyan edib ki, Krımın ilhaqını qəbul etmir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
O deyib ki, Rusiya ilə federal səviyyədə bu qədər geniş və məhsuldar münasibətlərə sahib Türkiyənin “bu cür həssas mövzudakı mövqeyi yolverilməzdir”.
“İki stul arasında oturmaq alınmayacaq və tezliklə qərarlaşmaq lazım olacaq”, - deyə Muradov qeyd edib.
O bildirib ki, türkiyəli biznesmenlər real aktiv şəkildə Krımda fəaliyyət göstərirlər, lakin bunu dolayı yollarla etmək məcburiyyətindədirlər və əlavə edib ki, “təəssüf ki, bu, iqtisadi və siyasi zərurətdir”. /Eastnews/


Story Code: 922204

News Link :
https://www.islamtimes.org/az/news/922204/türkiyənin-krıma-dair-mövqeyinin-qəbuledilməz-olduğu-açıqlandı

Islam Times
  https://www.islamtimes.org