0
Thursday 18 March 2021 - 19:36

Putin Baydenin təhqirlərinə cavab verdi

Story Code : 922238
Putin Baydenin təhqirlərinə cavab verdi
Rusiya prezidenti Vladimir Putin bu gün amerikalı həmkarı Co Baydenin özü ilə bağlı təhqirlərinə münasibət bildirib.

İnterfaks xəbər agentliyinin məlumatına görə, Putin jurnalistin Baydenin "qatil" ittihamı ilə bağlı sualına cavab olaraq deyib: "Ona can sağlığı arzulayıram. Qatil o şəxsdir ki, digərlərini qatil adlandırır."

O sözlərinin davamında deyib: "İnsanlar özləri necədirsə, başqalarını da elə tanıtdırmaq istəyir. Amerika Birləşmiş Ştatları bizim də onlar kimi olduğumuzu düşünür, amma biz fərqli genlərə sahibik."