QR CodeQR Code

Şimali Koreya: Baydenin Pxenyanla əlaqə qurma cəhdi bir tələdir

إسلام تايمز , 18 Mar 2021 20:34

İslamTimes: Şimali Koreya rəhbərliyi ABŞ-ın elektron poçt və telefon bağlantısı ilə bir neçə dəfə bu ölkə ilə əlaqə qurmağa çalışdığını bildirib.


Şimali Koreya ABŞ-ın rəsmi Pxenyanla əlaqə qurmaq cəhdlərinə işarə ilə bildirib ki, bu təlaşlar Bayden rəhbərliyinin əlavə zaman qazanmaq üçün axmaq bir hiyləsidir.

Daha öncə də mətbuatda ABŞ-ın Pxenyanla rabitə yaratmaq istəyi barədə bir çox məlumatlar yer almışdı. Amma bu təlaşların hamısı cavabsız qalmışdı. Bu isə Bayden hökumətinin Şimali Koreya ilə əlaqə qurmaq üçün başqa yollar axtarmasına səbəb olub.

Şimali Koreya rəhbərinin bacısı Kim Yu Conq bu yaxınlarda Bayden rəhbərliyinə xəbərdarlıq edərək bildirmişdi ki, həqiqətən barışıq ardıncasınızsa, rəsmi Pxenyanı qəzəbləndirən, narahat edən addımlarınızı dayandırın!

Ağ Ev sözçüsü isə bu xəbərdarlığa cavab olaraq iddia edib ki, ABŞ hökumətinin məqsədinin Şimali Koreya ilə diplomatik əlaqələr qurmaq və gərginliyi azaltmaqdır.


Story Code: 922253

News Link :
https://www.islamtimes.org/az/news/922253/şimali-koreya-baydenin-pxenyanla-əlaqə-qurma-cəhdi-bir-tələdir

Islam Times
  https://www.islamtimes.org