0
Thursday 18 March 2021 - 21:33

Yəmən PUA-ları Səudiyyə Ərəbistanın Abha hava limanını vurdu

Story Code : 922262
Yəmən PUA-ları Səudiyyə Ərəbistanın Abha hava limanını vurdu
Yəmən Silahlı Qüvvələrinin sözçüsü general Yəhya Səri cümə axşamı Twitter hesabında yazıb: "PUA birliyimiz Allahın lütfü ilə Səudiyyə Ərəbistanının "Abha Beynəlxalq Hava Limanı"ndakı hərbi nöqtələrə uğurlu hücum əməliyyatı təşkil edib."

Bu əməliyyatda əhəmiyyətli hərbi hədəflər "Qasef K2" PUA-sı vasitəsi ilə hədəf yüksək dəqiqliklə hədəf alınıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bu əməliyyatların səbəbi barədə deyib: "Bizim hücumlarımız münaqişənin böyüməsinə və təcavüzkar koalisiya tərəfindən Yəmənin mühasirəsinin davam etdirilməsinə verilən qanuni bir cavabdır."