QR CodeQR Code

ABŞ senatorları Badeni İranla "geniş" bir razılaşmaya çağırıb

إسلام تايمز , 20 Mar 2021 23:22

İslamTimes: "AIPAC Sionist Lobbisi" Baydeni İranla yeni razılaşma imzalamağa vadar etmək istəyir


ABŞ-İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC Sionist Lobbisi) tərəfdarlarına müraciət edərək onlardan ABŞ senatorlarından ABŞ hökumətinin İranla geniş razılığa çağıran məktubu imzalamasını tələb etməsini xahiş edib.

Bu "geniş" saziş hazırda bərpa edilməsi üçün səy göstərilən İranla 5+1 arasında imzalanmış HBFP nüvə sazişi ilə ziddiyyət təşkil edir.

Məktubu nüfuzlu demokrat senator Bob Menendez və Respublikaçı senator Lindsey Qraham tərtib edib. Bu plan ABŞ Konqresinin Nümayəndələr Palatasında, onlarla senator tərəfindən dəstəklənən oxşar iki partiyalı təzyiq planının davamıdır.

Qraham və Menendez bir daha İranın nüvə silahına yiyələnə biləcəyi iddiasını səsləndirərək, diplomatik və iqtisadi təzyiqlər vasitəsi ilə rəsmi Tehranın birdəfəlik olaraq nüvə silahına yiyələnmək yolundan çəkindirilməli olduğunu söyləyiblər. Onlar İranın raket sənayesinə də məhdudiyyətlər tətbiq edilməsi üçün ABŞ-ın müttəfiqləri ilə qərarlar qəbul etməli olduğunu bildiriblər.

 


Story Code: 922641

News Link :
https://www.islamtimes.org/az/news/922641/abş-senatorları-badeni-iranla-geniş-bir-razılaşmaya-çağırıb

Islam Times
  https://www.islamtimes.org