QR CodeQR Code

Londonda etiraz aksiyaları zamanı 33 nəfər saxlanılıb

21 Mar 2021 10:13

İslamTimes: Londonda etiraz aksiyaları zamanı saxlanılanların sayı 33-ə çatıb.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Britaniya paytaxtının polisi məlumat yayıb.

“Saat 18:45-ə (Bakı vaxtı ilə saat 22:45) olan məlumata əsasən, 33 nəfər Londonun mərkəzində aksiyaları müşayiət edən asayiş keşikçiləri tərəfindən nəzarət altına alınıb. Saxlanılmaların əksəriyyəti COVID-19 qaydalarının pozulması ilə əlaqədardır”, - məlumatda belə deyilir.

Qeyd edək ki, şənbə günü Londonun mərkəzində koronavirus məhdudiyyətlərinə qarşı, eləcə də 33 yaşlı Sara Everardın öldürülməsi ilə əlaqədar etiraz aksiyaları təşkil edilib.

Hayd-Parkda toplaşan etirazçılar şəhərin mərkəzi küçələri boyunca yürüş ediblər, daha sonra isə Uaytholl küçəsində yerləşən hökumət binalarına və Britaniya Parlamentinə doğru hərəkət ediblər.


Story Code: 922673

News Link :
https://www.islamtimes.org/az/news/922673/londonda-etiraz-aksiyaları-zamanı-33-nəfər-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org