QR CodeQR Code

Ərdoğanın Putinlə bağlı sözləri Rusiya mətbuatında

21 Mar 2021 11:51

İslamTimes: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı və amerikalı həmkarları - Vladimir Putin və Co Bayden arasındakı gərginliklə bağlı açıqlamasına Rusiya mətbuatında geniş yer verilib.


Teleqraf.com xəbər verir ki, rus mətbuatı Ərdoğanın Baydeni Putinlə bağlı söylədikləri üçün tənqid etdiyini yazıb.

TASS: “Ərdoğan Baydenin Putinlə bağlı açıqlamalarının qəbuledilməz olduğunu dedi. Ərdoğan onu da bildirdi ki, Putin Baydenə çox ağıllı cavab verib”.

“Novosti”: “Ərdoğan Baydeni Putinlə bağlı səsləndirdiyi fikrə görə tənqid etdi. Türkiyə lideri Putinin Baydenə cavabının çox zəif olduğunu söylədi”.

Ərdoğanın Baydenə cavabına geniş yer verən “Kommersant” qəzeti yazıb: “Ərdoğan Baydenin Putinlə bağlı açıqlamalarının bir prezidentə yaraşmadığını bildirdi”.

ABŞ Prezidenti Co Bayden bundan əvvəl verdiyi müsahibədə Putini “qatil” adlandırıb. O, Rusiya liderinin ABŞ seçkilərinə müdaxilənin əvəzini ödəyəcəyini deyib.

Putin isə Baydenə can sağlığı diləyib. Bundan başqa, Rusiya lideri Baydenə görüşməyi təklif edib.


Story Code: 922681

News Link :
https://www.islamtimes.org/az/news/922681/ərdoğanın-putinlə-bağlı-sözləri-rusiya-mətbuatında

Islam Times
  https://www.islamtimes.org