0
Sunday 21 March 2021 - 16:00

20 gündə 8 yəmənli uşaq qətlə yetirilib, 33 nəfər yaralanıb

Story Code : 922705
20 gündə 8 yəmənli uşaq qətlə yetirilib, 33 nəfər yaralanıb
UNICEF-in Yəməndəki nümayəndəsi Filip Dumil bildirib ki, istefa vermiş sabiq Yəmən prezidenti Əbdürrəhman Mənsur Hadinin rəhbərlik etdiyi qüvvələrlə Yəmən ordusu arasında Taiz və Əl-Hudeyda da daxil olmaqla müxtəlif məntəqələrdə son 20 gündə baş verən toqquşmalar nəticəsində səkkiz uşaq həlak olub, 33 nəfər yaralanıb.

Çox sayda ailələrin, azyaşlıların bu qarşıdurmalar səbəbindən ağır bədəl ödədiyini qeyd edən Dumil bu hücumları şiddətlə qınadıqlarını vurğulayıb.

Russia Today xəbər verir ki, BMT rəsmisi Taizdə bir məktəb və bir xəstəxananın da hücumlar zamanı hədəf alındığını söyləyib.

Dumil Yəmənin mərkəzindəki və Marib də daxil olmaqla digər vilayətlərdə bir neçə uşağın ağır yaralandığını əlavə edib.