0
Sunday 21 March 2021 - 21:56

Bin Salman, Kaşıkçının qətli ilə əlaqədar məhkəməyə çağrıldı

Story Code : 922736
Bin Salman, Kaşıkçının qətli ilə əlaqədar məhkəməyə çağrıldı
"İndependent"-in verdiyi məlumata görə, Səudiyyəli jurnalist Camal Kaşıkçının nişanlısı Xədicə Çingiz
Səudiyyə vəliəhdi Məhəmməd bin Salmana qarşı iddia irəli sürüb və Səudiyyə şahzadəsi məhkəməyə çağırış vərəqəsi alıb.

İddia ötən il ABŞ-da qaldırılsa da çağırış vərəqəsi Bin Salmanın vəkillərinə indi çatdırılıb. Bu məhkəmədə Məhəmməd bin Salman Camal Kaşıkçını oğurlamaq və öldürməkdə günahlandırılır.

Müraciətdə deyilir: "Camal Kaşıkçıya vəhşicəsinə işgəncə verilməsi və onun amansızca öldürülməsi dünya ictimaiyyətini, ziyalıları sarsıtdı. Bu cinayətin köməyi ilə təcavüzkarlar ərəb ölkələrində demokratik islahatların tərəfdarı olan Kaşıkçının önünü kəsməyə çalışdılar!"

Qeyd edək ki, üç vəkil Səudiyyə şahzadəsinin nümayəndələri olaraq məhkəməyə təqdim edilib.