0
Monday 22 March 2021 - 01:35

Roma Papası irqçiliyi virusla müqayisə etdi

Story Code : 922775
Roma Papası irqçiliyi virusla müqayisə etdi
“Report” xəbər verir ki, bu barədə o, özünün tvitterdəki səhifəsində yazıb.

"İrqçilik - bu, qısa zamanda mutasiya edən və yox olması gözlənilərkən gizlənən bir virusdur", - deyə pontifik sosial şəbəkədə yazıb.

O, həmçinin irqçiliyin müasir cəmiyyətdəki təzahürlərini utancverici adlandırıb. Papanın sözlərinə görə, çünki bu, bəşəriyyətin iddia edilən sosial tərəqqisinin düşündüyümüz qədər real olmadığını göstərir.