QR CodeQR Code

"İsanbul Konvensiyası"ndan çıxan Türkiyə yeni "Ankara Konsensusu" hazırlayır

22 Mar 2021 09:45

İslamTimes: Türkiyədən yeni "Ankara Konsensusu": Göz yaşlarına baxılmayacaq


Türkiyədə ailədaxili və qadınlara şiddətə qarşı yeni qanun layihəsinin hazırlanması planlanlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin köməkçisi Fatma Betül Sayan Kaya "Anadolu" Agentliyinə danışıb.

O bildirib ki, qanuna ediləcək yeni tənzimləmələrdə sosial konsensusun formalaşmasına diqqət yetiriləcək:

""İsanbul Konvensiyası"nın əvəzinə "Ankara Konsensusu"adlı yeni qanun layihəsinin işlənib-hazırlanmasını planlaşdırırıq. Qadınların qorunması baxımından daxili qanun tənzimləməmiz nə tələb edirsə, edəcəyik. Cinayətkarın göz yaşlarına heç baxmamışıq, baxmayacağıq. Şiddətin normallaşmasına icazə verməyəcəyik. Hər cür şiddəti rədd edirik. Qadına, kişiyə, uşağa, qocaya, heyvana, bitkiyə qarşı hər cür şiddətlə mübarizə aparacağıq. Bir sözlə bu mövzuda çox vacib addımlar atdıq və davam edəcəyik".

Bildirək ki, Türkiyə İstanbul Konvensiyasından çıxdığı üçün ABŞ və Avropada tənqid edilib.


Story Code: 922793

News Link :
https://www.islamtimes.org/az/news/922793/isanbul-konvensiyası-ndan-çıxan-türkiyə-yeni-ankara-konsensusu-hazırlayır

Islam Times
  https://www.islamtimes.org