0
Monday 22 March 2021 - 10:03

Konqoda prezidentliyə namizəd seçkilərdən bir gün sonra ölüb

Story Code : 922819
Konqoda prezidentliyə namizəd seçkilərdən bir gün sonra ölüb
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu onun seçki kampaniyasının direktoru açıqlayıb.

Məlumata görə, siyasətçinin ölümünə səbəb COVID-19 olub. O, hələ seçkilər ərəfəsində xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, martın 21-də Konqoda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib. Əsas namizəd hazırkı prezident 77 yaşlı Deni Sassu-Nqesso olub. O, 1979-cu ildən bəri ölkəyə başçılıq edir.