0
Monday 22 March 2021 - 11:26

Lavrov: HBFP sazişindən çıxması ABŞ-ın danışıqlarda gücsüzlüyünün sübutudur!

Story Code : 922835
Lavrov: HBFP sazişindən çıxması ABŞ-ın danışıqlarda gücsüzlüyünün sübutudur!
Lavrov bununla əlaqədar olaraq deyib: "ABŞ İranla imzalanmış nüvə sazişindən çıxdığı an və bu gün bu sazişi yenidən qüvvəyə mindirməyə çalışarkən, nəinki öz öhdəliklərini yerinə yetirməyi dayandırıb, eyni zamanda bütün digər ölkələrin BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etmələrini qadağan edib. Bu beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Uyğun qərarlar ABŞ-ın danışıqlar apara bilməməsini göstərir."

Lavrov həmçinin birtərəfli sanksiyalara qarşı yeni geniş koalisiya qurulmasının vacib olduğunu da dilə gətirib. O bildirib ki, birtərəfli sanksiyalar kimi qeyri-qanuni vasitələrə qarşı hər hansı bir plan ən yüksək səviyyədə dəstəklənəcək!