QR CodeQR Code

Lavrov: HBFP sazişindən çıxması ABŞ-ın danışıqlarda gücsüzlüyünün sübutudur!

إسلام تايمز , 22 Mar 2021 11:26

İslamTimes: Rusiya xarici işlər naziri Sergey Lavrov Çin mediasına verdiyi müsahibədə bildirib ki, Vaşinqtonun HBFP sazişindən çıxması, bu ölkənin digər ölkələrlə razılığa gələ bilməməsinin və beynəlxalq hüququ pozmasının sübutudur.


Lavrov bununla əlaqədar olaraq deyib: "ABŞ İranla imzalanmış nüvə sazişindən çıxdığı an və bu gün bu sazişi yenidən qüvvəyə mindirməyə çalışarkən, nəinki öz öhdəliklərini yerinə yetirməyi dayandırıb, eyni zamanda bütün digər ölkələrin BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl etmələrini qadağan edib. Bu beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Uyğun qərarlar ABŞ-ın danışıqlar apara bilməməsini göstərir."

Lavrov həmçinin birtərəfli sanksiyalara qarşı yeni geniş koalisiya qurulmasının vacib olduğunu da dilə gətirib. O bildirib ki, birtərəfli sanksiyalar kimi qeyri-qanuni vasitələrə qarşı hər hansı bir plan ən yüksək səviyyədə dəstəklənəcək!


Story Code: 922835

News Link :
https://www.islamtimes.org/az/news/922835/lavrov-hbfp-sazişindən-çıxması-abş-ın-danışıqlarda-gücsüzlüyünün-sübutudur

Islam Times
  https://www.islamtimes.org