QR CodeQR Code

Səudiyyə rejimi Yəmən xalqına qarşı qadağan olunmuş silahlardan istifadə edir

إسلام تايمز , 22 Mar 2021 19:56

İslamTimes: Səudiyyə Ərəbistanı Yəməndə yaşayış məntəqəsini kaset bombaları ilə hədəf alıb.


"Əl-Səhafa al-Yəmaniya" xəbər saytının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Əl-Nəhdeyn dağlıq bölgəsini və Əl-Nəhzə yaşayış məntəqəsini kaset bombaları ilə hədəf alıb.

Media bu haqda hesabatda yazıb: "Paytaxtdan belə müşahidə edilən Əl-Nəhdeyn dağı və Əl-Nəhzə yaşayış məntəqəsindəki partlayışlar silah anbarının partlaması səbəbindən deyildi. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin ABŞ istehsalı olan kaset bombalarından istifadə etməsi bu qorxunc mənzərəni ərsəyə gətirmişdi!"

"Əl-Səhafa al-Yəmaniya" məlumatlı bir mənbəyə istinala yazıb ki, koalisiya qüvvələri Səna və Əl-Nahdeyn ərazisinə hücum zamanı CBU-58 və MK-8 kaset bombalarından istifadə edib.


Story Code: 922903

News Link :
https://www.islamtimes.org/az/news/922903/səudiyyə-rejimi-yəmən-xalqına-qarşı-qadağan-olunmuş-silahlardan-istifadə-edir

Islam Times
  https://www.islamtimes.org