0
Monday 22 March 2021 - 19:56

Səudiyyə rejimi Yəmən xalqına qarşı qadağan olunmuş silahlardan istifadə edir

Story Code : 922903
Səudiyyə rejimi Yəmən xalqına qarşı qadağan olunmuş silahlardan istifadə edir
"Əl-Səhafa al-Yəmaniya" xəbər saytının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Əl-Nəhdeyn dağlıq bölgəsini və Əl-Nəhzə yaşayış məntəqəsini kaset bombaları ilə hədəf alıb.

Media bu haqda hesabatda yazıb: "Paytaxtdan belə müşahidə edilən Əl-Nəhdeyn dağı və Əl-Nəhzə yaşayış məntəqəsindəki partlayışlar silah anbarının partlaması səbəbindən deyildi. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin ABŞ istehsalı olan kaset bombalarından istifadə etməsi bu qorxunc mənzərəni ərsəyə gətirmişdi!"

"Əl-Səhafa al-Yəmaniya" məlumatlı bir mənbəyə istinala yazıb ki, koalisiya qüvvələri Səna və Əl-Nahdeyn ərazisinə hücum zamanı CBU-58 və MK-8 kaset bombalarından istifadə edib.