0
Tuesday 23 March 2021 - 01:10

Borrell Çinin AB rəsmilərinə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb

Story Code : 922943
Borrell Çinin AB rəsmilərinə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
APA TASS-a istinadən xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell Birliyin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra təşkil olunan mətbuat konfransında bildirib.

“Bu tədbirlər təəssüf doğurur və qəbuledilməzdir. Avropa Birliyi insan haqlarını qorumaqla bağlı öhdəliyini dəyişdirməyəcək”, - Borrell belə deyib.