0
Tuesday 23 March 2021 - 01:33

ÜST yenə narahatdır: Yoluxmada 12 faiz artım var

Story Code : 922944
ÜST yenə narahatdır: Yoluxmada 12 faiz artım var
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, qurum dünya üzrə beş həftə dalbadal COVID-19-a yoluxma hallarının artdığını vurğulayıb. Məlumata görə, Avropada artım ötən həftə 12% olub.

Daha bir qorxulu məqam isə COVID-19-dan ölüm sayının artmasıdır.

Qeyd edək ki, ötən həftə Avropada əhalinin vaksinasiyası ilə bağlı problem yaşanıb. 20-yə yaxın ölkə koronavirusa qarşı "AstraZeneca" vaksininin tətbiqindən imtina edib. Vaksin vurulan insanlarda tromboz, tromboemboliya, qan laxtalanması və qanaxma kimi yan təsirlər, eləcə də ölüm halları ölkələri belə bir qərar verməyə sövq edib.

Buna rəğmən, öncə AstraZeneca şirkəti, ardından Avropa Dərman Tənzimləyicisi, BMT və ÜST vaksinin təhlükəsiz olduğunu və vaksinasiyanın tam sürətlə aprılmasının vacibliyini deyiblər.