QR CodeQR Code

ÜST yenə narahatdır: Yoluxmada 12 faiz artım var

23 Mar 2021 01:33

İslamTimes: Ümumdünya Səhiyyə Təşkilatı narahatlıq dolu məlumat yayıb.


Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, qurum dünya üzrə beş həftə dalbadal COVID-19-a yoluxma hallarının artdığını vurğulayıb. Məlumata görə, Avropada artım ötən həftə 12% olub.

Daha bir qorxulu məqam isə COVID-19-dan ölüm sayının artmasıdır.

Qeyd edək ki, ötən həftə Avropada əhalinin vaksinasiyası ilə bağlı problem yaşanıb. 20-yə yaxın ölkə koronavirusa qarşı "AstraZeneca" vaksininin tətbiqindən imtina edib. Vaksin vurulan insanlarda tromboz, tromboemboliya, qan laxtalanması və qanaxma kimi yan təsirlər, eləcə də ölüm halları ölkələri belə bir qərar verməyə sövq edib.

Buna rəğmən, öncə AstraZeneca şirkəti, ardından Avropa Dərman Tənzimləyicisi, BMT və ÜST vaksinin təhlükəsiz olduğunu və vaksinasiyanın tam sürətlə aprılmasının vacibliyini deyiblər.


Story Code: 922944

News Link :
https://www.islamtimes.org/az/news/922944/üst-yenə-narahatdır-yoluxmada-12-faiz-artım-var

Islam Times
  https://www.islamtimes.org