0
Tuesday 23 March 2021 - 00:17

Çinə güzəştə getmək niyyətində deyilik - Sallivan

Story Code : 922946
Çinə güzəştə getmək niyyətində deyilik - Sallivan
Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ iki ölkənin maraqlarının üst-üstə düşdüyü məsələlərdə Çinlə dialoq aparmağa hazırdır.

“Bunlar iqlim dəyişikliyi ilə mübarizə, İran və Əfqanıstan kimi məsələlərdir. Amma ABŞ tərəfi bəzi məsələlərdə heç bir güzəştə getməyəcək”, - Sallivan bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ və Çin rəsmiləri arasında Alyaskada görüş keçirilmişdi.