QR CodeQR Code

ABŞ hərbçilərini Əfqanıstandan çıxarmaqda qərarsızdır

23 Mar 2021 00:40

İslamTimes: ABŞ hərbçilərini Əfqanıstandan çıxarmaqda qərarsızdır


ABŞ prezidenti Co Bayden Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı hələ yekun qərar verməyib.

“Report”un məlumatına görə, bunu ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan bəyan edib.

Onun sözlərinə görə, prezident qoşunların təhlükəsiz və mütəşəkkil qaydada çıxarılması üçün görüləcək işlərin həyata keçirilməsinə tam sadiqdir:

“Əgər bu barədə yekun qərar versə. Heç bir qərar verməyib. Bu məsələ ilə əlaqəli hər şeyi nəzərdən keçirəcək və bütün faktlar təqdim edildikdən sonra qərar verəcək”.

O, əlavə edib ki, Bayden bu məsələdə ABŞ-ın milli təhlükəsizliyinin maraqlarını rəhbər tutacaq.


Story Code: 922951

News Link :
https://www.islamtimes.org/az/news/922951/abş-hərbçilərini-əfqanıstandan-çıxarmaqda-qərarsızdır

Islam Times
  https://www.islamtimes.org