0
Tuesday 23 March 2021 - 07:02

Vanq Yi Səudiyyə Ərəbistanı, Türkiyə, İran, BƏƏ, Bəhreyn və Omana səfər edəcək

Story Code : 922958
Vanq Yi Səudiyyə Ərəbistanı, Türkiyə, İran, BƏƏ, Bəhreyn və Omana səfər edəcək
Çinin xarici işlər naziri Vanq Yi yaxın vaxtlarda Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Omana səfər edəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunin bildirib.

"Xarici işlər naziri, Çin Xalq Respublikası Dövlət Şurasının üzvü Vanq Yi Səudiyyə Ərəbistanı, Türkiyə, İran, BƏƏ, Bəhreynə rəsmi səfərlərlə yanaşı, 24-30 mart tarixlərində Omana da işgüzar səfər edəcək”, - deyə sənəddə qeyd olunub.