0
Tuesday 16 August 2011 - 14:16

Həbsxana nəzarətçiləri lazım olduqda gözlərini yumur…

Story Code : 92298
Həbsxana nəzarətçiləri lazım olduqda gözlərini yumur…
Həbsxana nəzarətçiləri lazım olduqda gözlərini yumur…
Bakının Xəzər rayonunda 10 gün əvvəl həbs olunan şəxs özünü öldürüb. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında saxlanılan 45 yaşlı İslam Fərziyev özünü kamerada belindəki iplə asıb. Onun meyiti bu gün səhər saatlarında həbsxana nəzarətçiləri tərəfindən kamerada aşkarlanıb.

İ. Fərziyev cəmi 10 gün əvvəl, yəni avqustun 5-də narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilək saxlanılmışdı. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. /Milli.az/
Comment