QR CodeQR Code

Rusiya və Çin: ABŞ qeyd-şərtsiz olaraq HBFP sazişinə qayıtmalıdır

إسلام تايمز , 23 Mar 2021 12:06

İslamTimes: Çin və Rusiya Xarici İşlər Nazirləri Vanq Yi və Sergey Lavrov ABŞ-ın qeyd-şərtsiz şəkildə HBFP sazişinə qayıtmasının və İrana qarşı birtərəfli sanksiyaları ləğv etməsinin vacib olduğunu vurğulayıblar.


Çinin Sinhua Xəbər Agentliyinin məlumatına görə, Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, beynəlxalq ictimaiyyət Amerika Birləşmiş Ştatlarının son illərdə dünyada sülhə ciddi zərər vurduğu qənaətindədir.

Rusiya və Çin ABŞ-dan birtərəfli təzyiqləri, digər ölkələrin daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib.

Çin Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Moskva və Pekin bütün ölkələrin BMT Nizamnaməsinin prinsip və hədəflərinə riayət etməli olduğunu təkidlə vurğulayıb.

Qeyd edək ki, ABŞ-ı HBFP sazişinə qayıtmağa çağıran Rusiya və Çin, İran tərəfini də öhdəliklərinə geri dönməyə çağırıb.


Story Code: 922997

News Link :
https://www.islamtimes.org/az/news/922997/rusiya-və-çin-abş-qeyd-şərtsiz-olaraq-hbfp-sazişinə-qayıtmalıdır

Islam Times
  https://www.islamtimes.org