0
Tuesday 23 March 2021 - 12:06

Rusiya və Çin: ABŞ qeyd-şərtsiz olaraq HBFP sazişinə qayıtmalıdır

Story Code : 922997
Rusiya və Çin: ABŞ qeyd-şərtsiz olaraq HBFP sazişinə qayıtmalıdır
Çinin Sinhua Xəbər Agentliyinin məlumatına görə, Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, beynəlxalq ictimaiyyət Amerika Birləşmiş Ştatlarının son illərdə dünyada sülhə ciddi zərər vurduğu qənaətindədir.

Rusiya və Çin ABŞ-dan birtərəfli təzyiqləri, digər ölkələrin daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib.

Çin Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Moskva və Pekin bütün ölkələrin BMT Nizamnaməsinin prinsip və hədəflərinə riayət etməli olduğunu təkidlə vurğulayıb.

Qeyd edək ki, ABŞ-ı HBFP sazişinə qayıtmağa çağıran Rusiya və Çin, İran tərəfini də öhdəliklərinə geri dönməyə çağırıb.