QR CodeQR Code

ŞOK: Terrorçular Yəmənə göndərilir?

إسلام تايمز , 23 Mar 2021 14:42

İslamTimes: "Türkiyə İxvanul-Musliminə yardım məqsədi ilə təkfirçiləri Yəmənə yollayır"


"Ypagency.Net" xəbər saytının verdiyi məlumata görə, Türkiyə tərəfindən dəstəklənən, Suriyada bir çox cinayətlərə imza atmış terrorçuların Yəmənə köçürülməsi üçün hazırlıq aparılır.

İddiaya əsasən, Türkiyə bu terrorçuları Yəmən ordusu və könüllü xalq komitələrinə qarşı vuruşan təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına yardım üçün Yəmənə yollayır.

Səudiyyə koalisiyası tərəfindən də dəstəklənən İxvanul-Musliminə bağlı "Əl-İslah" partiyası, Yəmənin qərbində Razum bölgəsində bu terror qruplaşmaları üçün üç düşərgə hazırlayıb. Türkiyənin Qəna limanına silah belə göndərdiyi iddia edilir.

Suriyada terrorçularla əlaqəli İnsan Haqları Müdafiəsi təşkilatının rəhbəri Rami Abdul-Rahman deyib ki, Misirdə də uzun illər İxvanul-Muslimini tək qoymayan Türkiyə, bu gün Yəməndə İxvanul-Musliminə bağlı Əl-Səlah partiyası üzvlərinə yardım üçün təkfirçiləri bu ölkəyə yollayıb.


Story Code: 923015

News Link :
https://www.islamtimes.org/az/news/923015/şok-terrorçular-yəmənə-göndərilir

Islam Times
  https://www.islamtimes.org