0
Wednesday 24 March 2021 - 07:57

Makron: “Fransa Türkiyəni əhəmiyyətli tərəfdaş hesab edir”

Story Code : 923131
Makron: “Fransa Türkiyəni əhəmiyyətli tərəfdaş hesab edir”
APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı “France 5” telekanalına müsahibəsində söyləyib.

Makron bildirib ki, Avropa Birliyi sülh istəsə, vahid təhlükəsizlik arxitekturası yaratmalıdır: “Bunun üçün uzun müddət Rusiya və Türkiyə ilə dialoq qurulmalıdır, hər iki ölkə böyük güclərdir və bu çox vacibdir. Türkiyənin Avropa dairəsindən çıxmasına imkan verməmək lazımdır”.

Fransa lideri Türkiyənin NATO müttəfiqi olduğunu, ancaq ittifaqdakı yeri məsələsinə aydınlıq gətirməyin lazım olduğunu deyib. Qeyd edib ki, ümumiyyətlə, müttəfiqlər Türkiyənin qarşılıqlı münasibətlərdə etdiklərindən çoxuna icazə vermirlər. O, eyni zamanda, Ankaraya qarşı həddən artıq sərt mövqe tutmamaq barədə xəbərdarlıq edib.