QR CodeQR Code

Makron: “Fransa Türkiyəni əhəmiyyətli tərəfdaş hesab edir”

24 Mar 2021 07:57

İslamTimes: “Fransa Türkiyəni təhlükəsizlik və miqrasiya sahəsində Avropanın əhəmiyyətli ortağı hesab edir və Türkiyə rəhbərliyindən münasibətləri normallaşdırmaq siqnallarını görür”.


APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı “France 5” telekanalına müsahibəsində söyləyib.

Makron bildirib ki, Avropa Birliyi sülh istəsə, vahid təhlükəsizlik arxitekturası yaratmalıdır: “Bunun üçün uzun müddət Rusiya və Türkiyə ilə dialoq qurulmalıdır, hər iki ölkə böyük güclərdir və bu çox vacibdir. Türkiyənin Avropa dairəsindən çıxmasına imkan verməmək lazımdır”.

Fransa lideri Türkiyənin NATO müttəfiqi olduğunu, ancaq ittifaqdakı yeri məsələsinə aydınlıq gətirməyin lazım olduğunu deyib. Qeyd edib ki, ümumiyyətlə, müttəfiqlər Türkiyənin qarşılıqlı münasibətlərdə etdiklərindən çoxuna icazə vermirlər. O, eyni zamanda, Ankaraya qarşı həddən artıq sərt mövqe tutmamaq barədə xəbərdarlıq edib.
 


Story Code: 923131

News Link :
https://www.islamtimes.org/az/news/923131/makron-fransa-türkiyəni-əhəmiyyətli-tərəfdaş-hesab-edir

Islam Times
  https://www.islamtimes.org