0
Wednesday 24 March 2021 - 10:27

Putindən gözlənilməz addım - Bağlı qapılar arxasında...

Story Code : 923143
Putindən gözlənilməz addım - Bağlı qapılar arxasında...
Rusiya lideri ABŞ prezidenti Co Bayden, Papa Frensisk və kraliça Yelizaveta da daxil olmaqla peyvənd vurduran dünya liderlərinə qoşularaq vaksinasiya olunacağını açıqlamışdı. Lakin ictimaiyyət qarşısında peyvənd vurduranlardan fərqli olaraq bunu bağlı qapı arxasında etməyə üstünlük verib.

Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Putinin COVID-19 peyvəndi ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

Peskov Putinin koronavirus peyvəndi olduğunu deyib: “Özünü yaxşı hiss edir. Sabah iş günüdür".

Kremlin sözçüsü hakimiyyətdə olduğu 20 il ərzində heç vaxt mediadan qorxmayan 68 yaşlı Rusiya liderinin kamera qarşısında güc nümayişi etmək istəmədiyini də söyləyib: “Bunu göstərməyəcəyik, bunun üçün sözümüzə etibar etməlisiz”.

Peskov Putinin üç Rusiya vaksinindən hansını vurdurduğunu açıqlamaqdan imtina edib: "Hər üç rus vaksini effektivliyinin və etibarlılığın sübutudur. Prezident Putin peyvəndləri olduğu kimi tanıtmaq üçün onsuz da çox şey edir. Kamera qarşısındakı vaksinasiyaya gəlincə, heç vaxt fanat olmayıb, bundan xoşu gəlmir. Prezident iş vaxtının əhəmiyyətli bir hissəsini vaksin və peyvənd istehsalı ilə əlaqədar tədbirlərə, çıxışlara və iclaslara ayırır. Ölkədə indiyədək 144 milyon insan iki doza peyvənd olunub, digər iki milyonu isə ilk doza vaksin vurdurub”.