QR CodeQR Code

Gərginlik yüksəlir: Şimali Koreya yenə raket atdı

24 Mar 2021 11:05

İslamTimes: Şimali Koreya son günlər bir neçə yaxın mənzilli raketin atışını həyata keçirib.


Axar.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet bu sınağın Şimali Koreyanın ABŞ Prezidenti Cozef Baydenə ilk çağırışı olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ dövlət katibi və müdafiə naziri Cənubi Koreyaya səfər etmişdilər. ABŞ nümayəndələri burada Çinə Şimali Koreya böhranının həllində yardım etməsiylə bağlı çağırış etmişdilər. Bundan bir gün sonra isə ABŞ-la Çin arasında Alyaskada gərgin görüş keçmişdi. Alyaskadan döndükdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən Çin xarici işlər naziri Van Yi rusiyalı həmkarı ilə birgə Qərbə meydan oxumağa bənzəyəcək açıqlamalar vermişdilər.


Story Code: 923163

News Link :
https://www.islamtimes.org/az/news/923163/gərginlik-yüksəlir-şimali-koreya-yenə-raket-atdı

Islam Times
  https://www.islamtimes.org