0
Thursday 25 March 2021 - 08:41

Şimali Koreya iki raket sınağı həyata keçirib

Story Code : 923303
Şimali Koreya iki raket sınağı həyata keçirib
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.

Məlumatı Yaponiyanın Baş naziri Yosixide Suqa da təsdiqləyib. Baş nazir bildirib ki, Pxenyanın həyata keçirdiyi raket atışları bölgənin və Yaponiyanın təhlükəsizliyi üçün təhdiddir, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Məlumata görə, böyük ehtimal olaraq söhbət ballistik raketdən gedir.

Qeyd olunur ki, raketin trayektoriyası Yaponiya üzərindən keçmir. Yaponiyanın “NHK” telekanalının Müdafiə Nazirliyindəki mənbəyə istinadən verdiyi xəbərə görə, raket Yaponiyanın eksklüziv iqtisadi zonası xaricində Yapon dənizinə düşüb.

Bununla bağlı sahil mühafizə xidməti Yapon dənizindəki balıqçı gəmilərinə xüsusi xəbərdarlıq edib.