0
Thursday 25 March 2021 - 09:48

Miqrantları daşıyan gəmi yandı, 60 nəfər həlak oldu

Story Code : 923312
Miqrantları daşıyan gəmi yandı, 60 nəfər həlak oldu
Publika.az xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində gəminin göyərtəsində olan 100-ə yaxın miqrantdan 60-ı həlak olub.

Qeyd olunur ki, yanğın gəminin mühərrikində başlayıb və qısa müddət ərzində bütün gəmini öz cənginə alıb.

Miqrantlar suya tullanmaq məcburiyyətində qalıb, lakin onların əksəriyyəti üzə bilməyib və boğularaq həlak olublar.