QR CodeQR Code

İsrail rejiminin ordusu səhvən gizli bazaları ifşa edib

25 Mar 2021 16:07

İslamTimes: Sionist rejimin ordusu səhvən gizli dəniz bazalarını və rejimin kəşfiyyat xidmətini ölkədəki koronavirus sınaq mərkəzləri xəritəsində yerləşdirib. İsrail rejiminin Haaretz qəzeti sionist rejimin ordusunun özlərinə məxsus gizli bazalarını göstərən xəritə yayımladığını bildirib.


"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, qəzet xəritənin SAXAL komandanlığı tərəfindən yayımlandığını yazıb. Sionist rejiminin ordusu, sionist hərbi heyət üçün laboratoriya koronavirus analiz mərkəzlərinin xəritəsini hazırlamaq istəyib, lakin eyni zamanda səhvən İsrail rejiminin heçvaxt danışılmamış bazalarının yerləşdiyi əraziləri yayımlayıb. Bu bazalar hava qüvvələrinə və sionist rejimin kəşfiyyat xidmətlərinə məxsusdur. Haaretz qəzeti, sionist rejimin ordusunun əvvəllər bu mərkəzlər və bazalar haqqında məlumat yayımlamadığını qeyd edir. Bu bazaların yeri və məlumatları ilk dəfədir açıqlanır. İsrail rejiminin ordusunun sözçüsü dərc edilmiş xəritənin səhv olduğunu bildirib, lakin sonradan xəritə dəyişdirilib.


Story Code: 923383

News Link :
https://www.islamtimes.org/az/news/923383/israil-rejiminin-ordusu-səhvən-gizli-bazaları-ifşa-edib

Islam Times
  https://www.islamtimes.org