0
Tuesday 16 August 2011 - 18:10

Sabah Moskvada Rusiya-İran danışıqları başlayacaq

Story Code : 92344
Sabah Moskvada Rusiya-İran danışıqları başlayacaq
Sabah Moskvada Rusiya-İran danışıqları başlayacaq
Avqusutn 16-17-də Moskvada Rusiya-İran danışıqları keçiriləcək. APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdyi məlumata görə, iki ölkənin xarici işlər nazirləri Serqey Lavrov və Əli Əkbər Salehi İranın nüvə proqramı, ikitərəfli iqtisadi münasibətlər və regional təhlükəsizik məsələləri ətrafında fikir mübadiləsi etmək niyyətindədirlər. Rusiya XİN-in rəsmisi Aleksandr Lukaşeviç həmçinin deyib ki, İran-Rusiya təmasları zamanı regional mövzulara xüsusi diqqət ayrılacaq. “Ümid edirik ki, Qafqaz və Mərkəzi Asiya, Xəzər problemi, Əfqanıstan və Yaxın Şərqdəki mövcud duruma dair siyasi yanaşmalarımızı tutuşdurmaq imkanı olacaq”.
Comment