QR CodeQR Code

Conson Baydenlə Çinin Britaniyaya qarşı sanksiyalarından narahatlığını müzakirə edib

27 Mar 2021 09:29

İslamTimes: Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparıb.


Bu barədə məlumatı krallığın hökumət rəhbərinin ofisi yayıb.

Telefon danışığı zamanı B.Conson Sintszyan-Uyğur Muxtar Rayonunda insan haqları ilə bağlı vəziyyətə görə Pekini tənqid edən bir sıra britaniyalı siyasətçi və təşkilatlara qarşı Çinin tətbiq etdiyi sanksiyalardan narahatlığını dilə gətirib.

“Tərəflər ümumi beynəlxalq çağırışları müzakirə ediblər. Liderlər ABŞ-ın beynəlxalq qanunları ayaq altına alaraq, İranla razılaşmanı tərk etməsinə işarə etmədən, İran tərəfinin nüvə anlaşmasının icrasına qayıtmasının vacibliyini vurğulayıblar. Çinə gəldikdə, Baş nazir və Prezident Böyük Britaniya, ABŞ və digər beynəlxalq tərəfdaşlar tərəfindən bu həftənin əvvəlində atılan mühüm addımlarla, xüsusilə Sintszyanda insan haqlarını pozanlara qarşı tətbiq edilən sanksiya ilə bağlı öz fikirlərini bölüşüblər. Conson və Bayden Çinin cavab tədbirləri ilə əlaqədar narahatlıqlarını ifadə ediblər”, - məlumatda belə deyilir.

Bəyanatda, həmçinin qeyd olunur ki, tərəflər koronavirusla mübarizə məsələlərini və öz ölkələrində vaksinasiyanın icrası tempini də müzakirə ediblər.

 


Story Code: 923714

News Link :
https://www.islamtimes.org/az/news/923714/conson-baydenlə-çinin-britaniyaya-qarşı-sanksiyalarından-narahatlığını-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org