0
Saturday 27 March 2021 - 15:57

Yəməndə milyonlar təcavüzə qarşı müqavimətin 6-cı ilində meydanlara çıxdı

Story Code : 923771
Yəməndə milyonlar təcavüzə qarşı müqavimətin 6-cı ilində meydanlara çıxdı
Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, yüz minlərlə yəmənli sakin Səudiyyə rejimi və BƏƏ-nin altı illik təcavüzkarlığına qarşı etiraz etmək üçün ölkənin 20-dən çox şəhərində küçələrə çıxıblar.

Paytaxt Səna başda olmaqla, ölkənin Saada, Haccəh, İbb, Hudeyda, Taiz, Zomar, Couf və digər şəhərlərində küçələrə çıxan Yəmən xalqı, sonuncu işğalçını qovanadək müqavimətlərini davam edəcəklərini bəyan ediblər.

"Ölüm olsun Amerikaya", "Ölüm olsun İsrailə", "Ölüm olsun Ali Səuda" şüarlarını səsləndirən yəmənlilər müqavimətdən heç vaxt imtina etməyəcəklərini bildiriblər.

Dünən (26 mart) xalqa müraciət edən Yəmən inqilabının rəhbəri və Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi, ABŞ, İsrail rejimi və Böyük Britaniyanın Yəmən müharibəsinin dəstəkçiləri olduqlarını bildirərək, Səudiyyə rejimi və BƏƏ-nin sadəcə bu ssenarinin icrasında oyunçu olduğunu qeyd edib.
 
Seyid Əbdülməlik çıxışında, düşmənin beynəlxalq dəstəyə malik olmasına baxmayaraq, xalqın müqaviməti sayəsində məğlubiyyətə düçar olduğunu söyləyərək, belə davam edib: “Təcavüz qarşısında, Təhlükəsizlik Şurasının və ya BMT-nin və ya İbrahim Birliyinin (Ərəb Birliyinə istehza ilə) və ya Avropa ölkələrinin və ya başqalarının icazəsinə ehtiyacımız yoxdur ... Bizə hücum etdilər və minlərlə insanımızı öldürdülər, buna görə kiminsə müqəddəs vəzifəmizi yerinə yetirməsinə icazə verməsini gözləmirik.

Şiddətli mühasirədə olan millətimizin azad insanları Kalaşnikovlardan ballistik raketlərə, qanadlı raketlərə və pilotsuz təyyarələrə qədər ordusunu qurmağa başladılar və bu strateji bir nailiyyətdir.

Millətimiz təcavüzkar koalisiyanın dərinliklərinə bir zərbə vura bildi. Bu zərbələr onlara böyük ziyan vurdu. Bununla millətimizin seçimi olan müqaviməti bir daha vurğulayırıq.

Təcavüz və mühasirə davam etdikcə millətimiz bununla qürur və qətiyyətlə qarşılaşacaq.

Təcavüzkar koalisiyanı təcavüzə son qoymağa və mühasirəni dayandırmağa dəvət edirik. Altı il onların uğursuzluqlarını və məyusluqlarını sübut etmək üçün kifayətdir.

Millətimizin azadlığının, müstəqilliyinin və qanuni hüquqlarının pozulmadığı şərəfli sülhə hazırıq”.