QR CodeQR Code

Çin hərəkətə keçdi - ABŞ və Kanada rəsmilərinə sanksiya tətbiq edildi

إسلام تايمز , 27 Mar 2021 23:05

İslamTimes: Çin hökuməti şənbə günü bu ölkədə insan haqlarının pozulması ilə bağlı əsassız iddialara görə ABŞ və Kanadalı bir neçə şəxsə və quruma sanksiya tətbiq etdi.


Çin Xarici İşlər Nazirliyi son açıqlamasında bildirib ki, ABŞ və Kanada ötən həftə Sincan vilayətinə ilə bağlı şayiələrə və yalnış məlumatlara əsaslanaraq Çinə birtərəfli sanksiyalar tətbiq edib. Rəsmi Pekin də öz növbəsində bu addıma cavab olaraq Amerika və Kanadanın bir sıra rəsmi şəxsləri və qurumlarına qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Bəyanatda deyilir:
Müvafiq şəxslərin Çin, Honq Konq və Makaoya səfər etməsinə qadağa qoyulub. Eyni zamanda bundan sonra Çin vətəndaşları və qurumlara sanksiya tətbiq edilmiş Amerika və Kanada vətəndaşları, qrumları ilə ticarət əlaqəsi qurmaq və digər həmkarlıqlar yasaqlanıb.


Story Code: 923818

News Link :
https://www.islamtimes.org/az/news/923818/çin-hərəkətə-keçdi-abş-və-kanada-rəsmilərinə-sanksiya-tətbiq-edildi

Islam Times
  https://www.islamtimes.org