0
Sunday 28 March 2021 - 16:27

Nimeyi-Şəban gecəsinin xüsusi namazı (şam və xüftən namazları arasında)

Story Code : 923938
Nimeyi-Şəban gecəsinin xüsusi namazı (şam və xüftən namazları arasında)
Həzrət Peyğəmbər (s) buyurub: “Kim Şəban ayının on beşinci gecəsi şam və xüftən namazları arasında 4 rükət namaz qılsa, hər rükətdə bir dəfə “Fatihə” və 11 dəfə “İxlas” surəsini oxuyub, namazdan sonra:

- 10 dəfə “Ya Rabbiğfir ləna” (Ey Rəbbim, bizi bağışla)

- 10 dəfə “Ya Rabbirhəmna” (Ey Rəbbim, bizə rəhm et)

- 10 dəfə “Ya Rabbi tub əleyna” (Ey Rəbbim, bizim tövbəmizi qəbul et)
 
Sonra 21 dəfə “İxlas” surəsini oxuyub,
 
daha sonra 10 dəfə

“Subhənəlləzi yuhyil məuta və yumitul əhyaə və huvə əla kullu şey’in qədir” (Pakdır o Allah ki, ölüləri dirildər, diriləri öldürər və O, hər şeyə qadirdir) - duasını oxusa, Allah bunu qəbul edib, onun dünya və axirət barəsində olan istəklərini yerinə yetirər. Onun kitabını sağ əlinə verər, gələn ilə qədər Allahın amanında olar”.
Source : Deyerler
Tagged
şəban
Comment