QR CodeQR Code

İslam İnqilabının Rəhbəri 1849 məhkumla bağlı əfv sərəncamı verdi

إسلام تايمز , 28 Mar 2021 20:59

İslamTimes: İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei bəşəriyyətin xilaskarı, həzrət Mehdinin (ə.c) mövlud günü münasibəti ilə bir sıra məhkumların əfvi və ya cəzalarının yüngülləşdirilməsi barədə sərəncam imzalayıb.


Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, bəşəriyyətin xilaskarı Həzrət Mehdinin (ə.c) doğum günü və "12 fərvərdin" İran İslam Respublikası günü münasibəti ilə Ayətullah Xamenei 1849 məhkumun əfv olunması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı göstəriş verib.

İran Məhkəmə Sisteminin sədri Höccətül-İslam vəl-Müslimin Rəisi İslam İnqilabının Ali Rəhbərinə məktub ünvanlayaraq bu məhkumların əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsini təklif etmişdi.


Story Code: 923964

News Link :
https://www.islamtimes.org/az/news/923964/islam-inqilabının-rəhbəri-1849-məhkumla-bağlı-əfv-sərəncamı-verdi

Islam Times
  https://www.islamtimes.org