QR CodeQR Code

Bu, Trampın Çinə təzyiq aləti idi: davam edəcək - ABŞ

29 Mar 2021 09:36

İslamTimes: Bayden administrasiyası hələlik Trampın Çinin tədarük etdiyi mallara və xidmətlərə gömrük rüsumlarını ləğv etməyi planlaşdırmır.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın ticarət danışıqlarında yeni nümayəndəsi Ketrin Tay deyib.

“Mən tez-tez rüsumların ləğv edilməsi barədə fikirlər eşidirəm. Bu fikirləri bölüşmürəm. Ona görə ki, tariflərin dərhal ləğvi iqtisadiyyata zərbə vura bilər. Rüsumların ləğvi prosesindən əvvəl bazardakı oyunçular müəyyən korrektələr etməyi bacarmalıdırlar və planlaşdırma imkanlarına sahib olmalıdırlar”, – deyə o bildirib.

Tayın sözlərinə görə, rüsumlar Çinlə danışıqlarda alətdir və heç kim bu təzyiq rıçağından imtina etməyəcək.


Story Code: 924030

News Link :
https://www.islamtimes.org/az/news/924030/bu-trampın-çinə-təzyiq-aləti-idi-davam-edəcək-abş

Islam Times
  https://www.islamtimes.org